Oktyabrın 24-dən 28-dək Amerikadan iki mütəxəssis, professor Ceyms Thurber və Klaudiya Thurberi Azərbaycanda ABŞ prezident seçkiləri haqqında təqdimatlar edəcək və mühazirələr oxuyacaq. Mütəxəssisləri ABŞ-ın Azərbaycandakı səfirliyi dəvət edib.
ABŞ səfirliyinin məlumatına görə, Thurberlər Xəzər, Bakı Dövlət, ADA universitetlərində və Bakı Amerika Mərkəzində mühazirə oxuyacaqlar.
Mühazirələrin əsas mövzusu ABŞ-da keçirilən bu ilki prezident seçkilərinə baxış, seçki kampaniyası strategiyaları, namizədlər haqqında qısa məlumat, seçici kollegiyası . olacaq.
Professor Ceyms Thurber Vaşinqton şəhərində Amerika Universitetində ali professordur, Konqres və Prezident Tədqiqatları Mərkəzinin təsisçisidir. Xanım Klaudiya Thurber federal xidmət sahəsində 20 ildən artıq təcrübəsi olan peşəkar hüquqşünas, Vaşinqtonda müvəkkil və siyasətdə qadınların rolu sahəsində mütəxəssisdir.