Accessibility links

ABŞ Azərbaycan hökumətini Mehman Qələndərovun ölümü ilə bağlı təhqiqata çağırır


Birləşmiş Ştatlar Azərbaycan hökumətini bloger Mehman Qələndərovun həbsxanada ölümü ilə bağlı təhqiqat aparmağa çağırır.

ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda Birləşmiş Ştatların blogerin ölümülə bağlı dərin narahatlıq ifadə etdiyi bildirilir. ABŞ həmçinin Azərbaycan hökumətini həbsdə olan bütün fəalları azad etməyə çağırır.

"Birləşmiş Ştatlar azərbaycanlı bloger və fəal Mehman Qələndərovun aprelin 28-də Azərbaycan hakimiyyəti tərəfindən həbsdə olduğu zaman ölümünü dərin narahatlıq hissi ilə qeyd edir. Biz Azərbaycan hökumətini cənab Qələndərovun ölümülə bağlı hərtərəfli, şəffaf və müstəqil təhqiqat aparmağa və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan bütün fəalları azad etməyə çağırırıq", ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

XS
SM
MD
LG