Accessibility links

ABŞ-da müstəqillik günündən öncə bir neçə uşağa vətəndaşlıq verilib [Video]


ABŞ-da müstəqillik günündən öncə bir neçə uşağa vətəndaşlıq verilib
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Bu il Smithsonian Xalq Yaşayışı festivalının mövzularından biri immiqrasiyadır. Festivalın bir hissəsi olaraq, 25 uşaq ABŞ vətəndaşlığını alıb. Bu, Birləşmiş Ştatların müstəqillik günündən bir neçə gün öncəyə təsadüf edib.

İndi onlar Amerikada dünyaya gələn hər bir kəsin sahib olduqları imtiyazalara sahibdirlər. Onlar səs verə, demokratik proseslərimizdə iştirak edə, siyasi vəzifəyə sahib ola, münsiflər məhkəməsində iştirak edə cə ABŞ passportu ala bilərlər. Yəni, bu, onların bir amerikalı olaraq həyatlarının başlanğıcını qeyd edir.
Kim Zanotti

Vaşinqtonun isti və rütubtəli havası ABŞ vətəşdalığı alan uşaqların valideyinlərini burada keçirilən mərasimdə iştirak etməkdən çəkindirməyib.

“Mən çox həyancalı və xoşbəxtəm”, deyə 7-ci sinif şagirdi Sara Arlett Estrada bildirir.

12 yaşlı kolumbiyalı Sara ABŞ vətəndaşlığı sertifakatı ilə təltif olunan 25 uşaqdan biridir.

Onun anası Ana Maria qızını ön cərgədən qürürula izləyirdi.

“Biz bu imkana sahib olduğumuza görə çox xoşbəxtik. Bu, uşaqlar üçün təşkil olunan bir mərasim idi, bizim üçün də xüsusi bir gündür”, o deyir.

Mərasimin təşkilatçıları deyir ki, hər il keçirilən Smithsonian Xalq Yaşayışı Festivalı gələcək nəsil amerikalıları şərəfləndirmək üçün gözəl bir fürsətdir.

Andiçmə mərasiminə başçılıq edən Kim Zanotti bu cür mərasimlərin hər bir uşağın Amerika hekayəsində vacib bir anı qeyd etdiyini deyir.

“İndi onlar Amerikada dünyaya gələn hər bir kəsin sahib olduqları imtiyazalara sahibdirlər. Onlar səs verə, demokratik proseslərimizdə iştirak edə, siyasi vəzifəyə sahib ola, münsiflər məhkəməsində iştirak edə cə ABŞ passportu ala bilərlər. Yəni, bu, onların bir amerikalı olaraq həyatlarının başlanğıcını qeyd edir”, deyə o bildirir.

Bu başlanğıc isə Amerikanın 241-ci ildönümündən bir neçə gün öncəyə təsadüf edir.

XS
SM
MD
LG