ABŞ bildirib ki, Vaşinqton Türkiyənin İŞİD yaraqlılarını Suriyanın şimalından təmizləmək üçün hücum planına dair Ankara ilə birlikdə işləyir. Bu kampaniya Türkiyənin regiondakı yaraqlılara qarşı döyüşdə iştirakı xeyli artıracaq.
ABŞ rəsmisi xəbər agentliklərinə bildirib ki, məqsəd Türkiyənin Suriya ilə sərhədində daha güclü təhlükəsizliyi təmin etmək üçün İŞİD-dən azad zona yaratmaqdır. Ancaq rəsminin sözlərinə görə, ABŞ-Türkiyə birgə hərbi əməliyyatlarına regionda Uçuşa Qadağa Zonasının tətbiqi daxil edilməyəcək.
ABŞ ehtiyat edir ki, Suriya hökumətinin regiondakı hava reydlərinə son qoymaq üçün belə bir qadağanın tətbiqi ABŞ-ı Suriya prezidenti Bəşar Əl-Əsədi devirmək üçün bir neçə qrupun apardığı müharibəyə qoşulmağa sürükləyə bilər.
Keçən həftə Türkiyədə 32 nəfərin həyatına son qoyan intiharçı hücumu və 2 türk əsgərin ölümü ilə nəticələnin partlayışlardan snra aylarla davam edən könülsüzlüyünə son qoyan Türkiyə Suriya sərhədindəki yaraqlıların hədəflərin hücum edib. Ankara habelə ilk dəfə olaraq ABŞ-a yaraqlılara hücum etməj üçün İncirlik hərbi hava bazasından istifadəyə icazə verib.