Accessibility links

ABŞ səfirliyi jurnalistləri təbrik edib


ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Mətbuat Günü münasibəti ilə azərbaycanlı jurnalistləri təbrik edir.

Səfirliyin təbrikində deyilir:

“İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür! Professional və müstəqil mətbuat istənilən ölkədə insanları məlumatlandıraraq və hökumətlə onun seçiciləri arasında dialoq yaradaraq mühüm rol oynayır. Amerika Birləşmiş Ştatları təlim və təhsil proqramlarını maliyələşdirməklə və yerli jurnalistlərlə əməkdaşlıq etmək, dəqiq və ətraflı xəbər vermək qabiliyyətlərini artırmaq məqsədi ilə amerikalı mütəxəssisləri ölkəyə gətirməklə Azərbaycanda jurnalistika peşəsini dəstəkləyir. Dünya Mətbuat Azadlığı Günündə Ağ Evdə bəyan edildiyi kimi, jurnalistlər etdikləri risk və qurbanlara görə, bizi daha sülhsevər, məsul, innovativ və müvəffəq cəmiyyətlərə yaxınlaşdırdıqlarına görə bizim təşəkkürümüzə layiqdirlər. Milli Mətbuat Günündə azərbaycanlı jurnalistləri təbrik edirik!”, təbrikdə deyilir.

XS
SM
MD
LG