Accessibility links

ABŞ səfiri "Demokratiya Aktı"ndan danışıb


Robert Sekuta
Robert Sekuta

"ABŞ Azərbaycanla münasibətlərinə yüksək dəyər verir və bu münasibətlərin güclü, müsbət olması vacibdir". Bu sözləri Trend-ə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

AzadlıqRadiosunun məlumatına görə o, müsahibədə hər iki ölkənin narahatlıq doğuran məsələləri belə bir-biriylə rahat müzakirə etməli olduğunu bldirib: "Bu münasibətləri saxlamaq və gücləndirmək üçün, tərəfdaşlığımızdan maksimum fayda almaq üçün narahatlıq doğuran məsələləri bir-birimizlə rahat müzakirə etməliyik… Birləşmiş Ştatlar da daxil olmaqla, bütün ölkələr həm daxildə, həm də beynəlxalq müstəvidə mövcud olan məsələlərin açıq şəkildə müzakirəsini faydalı sayır və mən Azərbaycan rəsmiləri ilə görüşlərimə əsaslanaraq elə hesab edirəm ki, Azərbaycan tərəfi də eyni rəydədir".

O ki qaldı Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqi haqda Konqresə təqdim edilən "Demokratiya Aktı" adlı qanun layihəsinə, cənab Cekuta bildirib ki, səfirlik qanun layihələrinə şərh vermir.

O, bu qanun layihəsinin ermənipərəst qüvvələrin təşəbbüsü nəticəsində ortaya çıxması haqda deyilənləri də şərh etmək istəməyib. Sadəcə deyib ki, təkcə bu il Konqresə 7000-dən artıq qanun layihəsi təklif olunsa da, yalnız 100-dən çoxu hər iki palata tərəfindən təsdiqlənib və prezident onları imzalayıb.

Bu ilin əvvəlindən etibarən bəzi təhlilçilər və media iki ölkə arasında münasibətlərin soyuduğunu bildirirlər. Bakının ABŞ-ın bəzi qurumlarının Azərbaycanda fəaliyyətini dayandırmasını və ya məhdudlaşdırmasını da bunun bariz nümunəsi sayırdılar. Bir qədər əvvəl bu söz-söhbətlər səngisə də, "Demokratiya Aktı" adlı layihənin ortaya çıxması yenidən iki ölkənin münasibətinin müzakirəsinə yol açıb.

XS
SM
MD
LG