Accessibility links

2012-ci il ABŞ prezident seçkilərində namizədlərin enerji siyasəti [Video]


2012 ABŞ seçkiləri və namizədlərin enerji siyasəti
please wait

No media source currently available

0:00 0:05:32 0:00
Prezident Obama və sabiq qubernator Mitt Romni ABŞ-ın xaricdən ixrac olunan neftdən asılı olduğunu etiraf ediblər. Lakin, onların bu problemdən asılılığı azaltmaq və ya problemi tamamilə həll edərək ölkəni özünü təmin edəcək dərəcəyə gətirmək fikirləri əhəmiyyətli dərəcədə fərqlənir.

Prezident Obama perspektivli hesab etdiyi külək və günəş kimi yenilənən enerji mənbələrini artırmağın tərəfdarıdır. Prezident yeni texnologiyaların heç vaxt indiki qədər prespektivli olmadığını bildirir.

Mitt Romni isə Amerikanın öz yanacaq hasilatını artırmasının tərəfdarıdır. Bu yanacaq növlərinə ABŞ-da bol olan daş kömürü də daxıldır. Respubikaçı namizəd ölkədə 250 il kifayət edəcək daş kömürü ehtiyatlarının olduğunu bildirir. Debatlar zamanı o bu rezervlərdən nə üçün istifadə olunmadığını soruşur.

İqlim və Enerji Problemləri Mərkəzi özünün seçici bələdçisi nəşrində namizədlərin enerji siyasətindəki mövqelərini işıqlandırıb. Təşkilatın vitse-prezident Malik Roy öz fikirlərini bildirir: “Mənə elə gəlir sabiq qubernator Romni əsas diqqəti təchizata yönəldib, xüsusilə də neft və kömür kimi ənənəvi yanacaq növlərinə. Eyni zamanda mən elə düşünürəm ki, prezident Obama da həmçinin təchizatda maraqlıdır - biz o vaxt da elə indi də ikinci debatda qazma işləri müzakirə olunanda prezident Obamanın təmiz enerji texnologiyasına və neftdən asılılığı azaltmağa diqqəti yönəltdiyinin şahidi olmuşuq.”

Hər iki namizəd kimin enerji siyasətinin Amerikanı xarici neft asılılığından xilas edəcəyi barədə debatlar keçirib. İqtisadiyyatın bərpa prosesinin yavaş getdiyi və işsizliyin səkkiz faizə yaxın olduğu müddətdə iş yerlərinin qorunub saxlanması və yeni iş yerlərinin yaradılması digər həlledici məsələ olub.

Oktyabr ayının 17-də keçirilən debat zamanı prezident Barak Obama deyib:

“Biz həmçinin gələcəyə baxmalıyıq. Buna görə də biz avtomobillərdən yanacaqdan qənaətlə istifadə standartlarını iki dəfə artırdıq. Bu, o deməkdir ki, növbəti onilliyin ortasında, alacağınız istənilən avtomobildə 1 gallon(3.78 litr) yanacaqla siz ikiqat çox yol qət edəcəksiniz. Buna görə də biz külək, günəş və bioyanacaq kimi təmiz enerji istehsalatını iki dəfə artırdıq. Və bütün bunlar bizə 16 il sonra neft idxalını ən aşağı səviyyəyə qədər azaldmağımıza yardım edəcək. Biz potensial 600.000 iş yerinin açılmasına və yüz illər boyunca kifayət edəcək ayaqlarımızın düz altındalkı təbii qaz mənbələrinə sahibik. Və biz bunu ətraf mühiti korlamadan həyata keçirəcəyik.”

Eyni debatda respublikaçı namizəd Mitt Romni öz fikirlərini belə ifadə edib:

“Mən bizim etanol yanacağı, külək və günəş kimi yenilənən enerji imkanlarımıza çox inanıram, bunlar bizim enerji qarışığının əsas hissəsini təşkil edəcək. Lakin bizim ehtiyacımız olmayan şey prezidentin bizi neftdən, kömürdən və qazdan istifadə etməyimizə maneə törətməsidir. Obama neftin, qazın və kömürün tərəfdarı olmayıb. Bu sənayelərdə çalışan insanlarla danışmaq lazımdır. Bura bir vaxtlar kömür ölkəsi olub. İnsanlar mənim qolumnan tutaraq onların iş yerlərini qorumağı xahiş edirdilər. Ətraf Mühiti Qoruma Agentliyinin rəhbəri mənə kömür mədəninin tikilməsinə icazə vermədi. Hökumətin ətraf-mühiti qoruma qanunları kömür mədəni tikməyi mümkünsuz edir. Əgər biz səkkiz il ərzində ABŞ-ın şimalına enerji müstəqilliyi gətirəcək mənim planlarımı həyata keçirsək, siz sənaye iş yerlərinin yenidən açılacağının şahidi olacaqsınız, çünki bizim enerji uzuc qiymətə başa gəlir.”

Enerji Nazirliyinin bildirdiyinə görə ABŞ keçən il idxal etdiyi neftin yarısından az istehlak edib, bu altı il əvvəlki 60 faizdən aşağıdır. Benzin istehlakı on il ərzində ən aşağı səviyyəyə enib. Obama Administrasiyası dövründə ABŞ-da neft istehsalı artıb, lakin bu sabiq qubernator Romninin istədiyi qədər deyil.

Prezident Obama Kanadadan gələn Ki-ston boru xəttinin uzadılmasını təbiətə törədə biləcəyi fəsadlarını daha da yaxşı öyrənilməsi səbəbilə ertələyib. Sabiq qubernator Romni bu gecikmə səbəbindən ABŞ-da yanacaq qiymətinin artmasına görə hökumətin məsuliyyət daşıdığını bildirir.

Bu halda dünya neft bazarında yanacağın istehsalatına və qiymətinə istənilən prezidentin törədə biləcəyi təsir nədən ibarət ola bilər?

“Enerji istehsalında, neftin qazılıb çıxarılmasında mənə elə gəlir ki, bu təsir nisbətən məhduddur. Bu, əsasən özəl bazarlarda, beynəlxalq bazarlarda baş verir. Biz burada dünya enerji resurslarının kiçik hissəsinə sahibik. Hətta biz istehsalatı xeyli artırsaq belə, qlobal səviyyədə bu bir damladır.”- deyə Malik Roy bildirib.

Son beş ildə hidravlik parçalama texnologiyasındakı inkişaf ABŞ-da təbii qaz bolluğunu əyan edib. İstehsalat artıb, xərclər isə azalıb. İndi parçalama texnologiyası demək olar ki, kömürün istehsal etdiyi qədər elektrik enerjisini daha da aşağı qiymətlə istehsal edir. Ətraf mühitin qorunması təhlükəsinə baxmayaraq həm prezident Obama, həm də sabiq qubernator Romni bu böyük qaynağdan istifadəni dəstəkləyir.

Namizədlər Birləşmiş Ştatların enerji qarışığında yenilənən enerji resurslarının payı mövzusunda fikir ayrılığı göstərir. Prezident Obama qrant və borc şəkilndə təmiz enerji şirkətlərinə 90 milyard dollar xərcləyib. O, külək enerjisi üçün Konqresin vergi güzəştlərini uzatmasını istəyir, lakin sabiq qubernator Romni buna razı deyil.

“Gələcək texnologiyaların dəstəklənməsində prezident daha fəaldır. Mən elə düşünürəm ki, sabiq qubernator da gələcək texnologiyaların həyata keçirilməsini görmək istəyir, lakin o istismarla müqayisədə federal hökumətin araşdırmalara investisiya qoymasını və inkişaf etdirməsini daha kiçik çərçivədə görür. Prezident isə istisamara deyil, araşdırma və inkişafa üstünlük verir.”- deyə doktor Roy bildirib.

Yaxşı, bəs insanlar nə istəyir? Doktor Roy deyir ki, bəzi sorğular insanların bütün bunların hamısını istədiyini göstərir: buna ucuz qiymətlər, iş yerləri, özünü-təminat və təbiətin mühafizəsi daxildir.
XS
SM
MD
LG