Son rəy sorğuları göstərir ki, ABŞ prezidentliyinə respublikaçı iddiaçı Ben Karsin indiyədək olan mübarizədə irəlidə olan milyarder Donald Trampdan önə keçib. Demokratların düşərgəsində isə Hillari Klinton Vermont ştatının senatoru Berni Sandersdən xeyli irəlidədir.
Donald Trampın “Axsayan Amerika: Amerikanı necə yenidən qüdrətli etməli” adlı yeni kitabı bu həftə satışa çıxıb. Kitab onun kampaniyasının mesajına əsaslanaraq onun Amerikanı yenidən gücləndirəcəyindən bəhs edir. Tramp deyib ki, rəqibi Ben Karson president olmaq üçün enerjisi yoxdur.
"Bizə ordumuzu gücləndirəcək, İŞİD-ə, məntiqsiz ticarət razılaşmalarına son qoyacaq, Obamacare-i ləğv edib ucuz başa gələn yeni bir şey təklif edəcək yüksək enerjini bir nəfər lazımdır. Bizə president kimi çalışacaq yüksək şəxsi enerjisi olan şəxs lazımdır. Hazırda bizim prezidentin enerjisi yoxdur".
Respublikaçı namizədlərin böyük əksəriyyəti Obama administrasiyanı sərt tənqid edərək, onun bəzi siyasətlərini ləğv edəcəklərinə söz veriblər. Prezident isə bu həftə çıxışında o prezident olmamışdan əvvəl ABŞ-ın daha vəziyyətdə olduğunu söyləyən respublikaçılara rişxəndlə yanaşıb.
"Onlar deyir ki, 2008-ci ildə hər şey əla idi, o zaman ki, Amerika tarixinin ən pis iqtisadi böhranını yaşayır. İşsizlik sığortasızlıq səviyyəsi çox yüksək idi və biz ümidsizcəsinə xarici yanacaqdan asılı idik, eləcə də Bin Laden azadlıqda idi. Sən demə bu qızıl dövrü mən alt-üst etmişəm.
Ben Karson da daxil olmaqla prezidentliyə bir neçə respublikaçı namizəd birləşərək televiziya debatarında dəyişiklik tələb ediblər. Onlar debatlarda moderatorların daha məhdud provokativ suallar verməsini istəyiblər.
"Bizə namizədlər haqqında məlumatların yayılmasında maraqlı olan moderatorlar lazımdır".
Ancaq tənqidlərlə qarşıalaşam bu tələbə president Obama da mövqeyini bildirib.
"Əgər siz moderatorların öhdəsindən gələ bilmirsinizsə, düşünmürəm ki, çinlilər və ya ruslar sizin haqqınızda çox narahat olacaqlar".
Seçkilərə bir il qalmış Respublikaçılar düşərgəsində namizədlər arasında davamlı öndə gedən iddiaçı olmasa da, demokratlar tərəfdə Hillari Klinton bu statusa yiyələnməyə müvəffəq olub.