Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatın Qlobal Miqrasiya Müqaviləsində iştirak etməyəcəyini bildirib.
Ötən il BMT Baş Assambleyasının 193 üzvü Qaçqınlar və Miqrantlar haqqında qeyri-icbari siyasi Nyu York Bəyannaməsini yekdilliklə qəbul edib. Bu Bəyannamə qaçqınların haqlarını müdafiə etmək, onların məskunlaşmasına yardım etmək və onların təhsil və iş yerlərinə çıxışı olduğunu təmin etmək məqsədi daşıyır.
Lakin ABŞ dövlət katibi Reks Tillerson açıqladığı bəyanatda bildirib ki, proqram Amerikanın immiqrasiya siyasətinə uyğun deyil.
ABŞ bu qərarını bazar ertəsi Meskikanın Puerto Vallarta şəhərində miqrasiya ilə bağlı keçiriləcək qlobal konfransdan bir neçə saat öncə açıqlayıb.
Konfransın məqsədi dünya boyu müxtəlif səbəblərə görə didərgin düşən 60 milyondan çox insanın vəziyyəti ilə əlaqədar humanitar strategiyaların müzakirə edilməsindən ibarətdir.