Accessibility links

ABŞ dövlət katibi Kambocada səfərdədir


ABŞ dövlət katibi Con Kerrinin Kamboca rəsmiləri ilə görüşündə ölkədəki insan haqları və ikitərəfli ticarət əlaqələri əsas müzakirə mövzusu olub.

Kerri Kambocanın baş naziri Hun Sen və müxalifət lideri Kem Sokha görüşdən sonra jurnalistlərin sualllarını cavablandırıb.

Dövlət katibi Kambocada demokratiyanın inkişafı və insan haqları sahəsində islahatların aparılması ilə bağlı narahatlıqlarını dilə gətirib.

Mühacirətdə olan müxalifət lideri Sem Reynsi ona qarşı irəli sürülən iddiaların siyasi motiv daşıdığını bildirib. Bununla yanaşı 17 müxalifət üzvü və fəalı həbsdədir. İnsan haqları təşkilatları bildirib ki, diplomatik əlaqələrdə hər hansı bir irəliləyiş islahatların aparılmasına təsir göstərməlidir.

Kerri Kambocadan sonra Çinə səfər edəcək. O, Pekini Şimali Koreyaya nüvə sınaqlarının keçirilməməsi üçün təziq göstərməsini tələb edəcək. ABŞ dövlət katibi regionda münaqişəyə səbəb olan Cənubi Çin dənizi iddialarına da toxunacaq.

XS
SM
MD
LG