Amerika Birləşmiş Ştatları iyul ayından sentyabr ayına qədər iqtisadiyyatın 2 faiz artdığını bildirib. İqtisadi artım iqtisadçıların proqnozlarından bir az sürətli olub.
Cümə günü hökumətin açıqladığı hesabatında dünyanın ən böyük iqtisadiyyatının 70 faizini təşkil edən istehlakçı xərclərinin artımı qeydə alınıb.
İqtisadçılar aprel, may və iyun aylarında 1.3 faiz təşkil edən artımın üçüncü kvartalda 1.8 faizə çatacağını bildirmişdi.
Bundan əlavə ABŞ rəsmiləri müdafiə layihələri və yaşayış yerlərinin təmir- tikintisinə ayrılan xərclərin artırılması sayəsində iqtisadiyyatın inkişaf etdiyini deyirlər. Bu isə bizneslərin yeni avadalıqlar və proqram təminatına xərclənən vəsaiti artırmasına yol açıb.
ABŞ 1930-cu ildə baş vermiş Böyük İqtisadi Böhrandan sonra ölkədə 2008 və 2009-cu illərin ən ağır iqtisadi tənəzzülündən xilas olmağa çalışır. Hələ də 12 miliyondan artıq insan işsizdir və bu cüzi artım yüksək işsizlik səviyyəsinin aradan qaldırılmasına kifayət etmir.
ABŞ-da iqtisadi durum və insanların iqtisadi vəziyyəti noyabırın 6-sı baş tutacaq seçkilərdən əvvəl keçirilən kampaniyalarda əsas müzakirə mövzusu olacaq.
ABŞ-ın demokrat prezidenti Barak Obama iqtisadiyyatın dirçəliş yolunda olduğunu bildirir. Lakin onun respublikaçı rəqibi, varlı biznesmen Mitt Romni öz siyasətinin iş artımına gətirib çıxaracağını və iqtisadiyyatı sürətli inkişafa doğru aparacağını deyir.