Accessibility links

ABŞ-da həmkarlar ittifaqının tarixi [Video]


ABŞ-da həmkarlar ittifaqının tarixi
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Birləşmiş Ştatlarda həmkarlar ittifaqları 19-cu əsrdən bəri fəlaiyyət göstərir. Onlar işçiləri pis və təhlükəli şəraitlə işləməkdən qorumaq üçün yaranıb. Vaşinqtonda yerləşən Amerika Tarixi Muzeyində nümayiş etdirilən sərgidə Amerika əmək hərəkatının inkişafı əks etdirilir.

Amerikadakı həmkarlar ittifaqları üçün ən vacib tarixlərdən biri 1886-cı ilin dekabrın 8-dir. Həmin gün təşkilatçı Samuel Qompers Amerika Əmək Federasiyasını təsis edib.

ABŞ-da fərdi imkan anlayışı həmkarlar ittifaqlarının yaranması üçün lazım olan imkanları aradan qaldırıb. Şirkət böyüdükcə, işçilərin daha çox gücə sahib olmaları üçün, həmkarlar ittifaqları zəruridir.
Piter Liebhold

“ABŞ-da fərdi imkan anlayışı həmkarlar ittifaqlarının yaranması üçün lazım olan imkanları aradan qaldırıb. Şirkət böyüdükcə, işçilərin daha çox gücə sahib olmaları üçün, həmkarlar ittifaqları zəruridir”, deyə kurator Piter Liebhold bildirir.

Liebhold deyir ki, yüzlərlə və minlərlə işçisi olan böyük şirkətlərdə işçilər şəxsiyyətlərini və güclərini itirir və bu, onları əvəzolunan edir.

“Birlik olaraq, işçilər daha böyük gücə sahib olurlar və işə götürülmə ilə işdən çıxarılma kimi proseslərə nəzarət edə, daha yüksək maaş, eləcə də gəlirlədən daha böyük faiz tələb edə bilərlər”, o söyləyir.

İşçilərin gender, milliyət, irq və təhsil səviyyəsi baxımından ayrı-seçkliklə üzləşməsini aradan qaldırmaq çətin oldu.

“ABŞ-da 1800-ci illərdə yaranan ilk həmkarlar ittifaqları qardaşlıq cəmiyyətləri idi. Daha sonra isə ixtisaslı həmkarlar ittifaqları yarandı”, Liebhold deyir.

Liebholdun həmkarı, kurator Katlin Franz düşünür ki, həmkarlar ittifaqları, ələxüsus də 20-ci əsrdə yaranan ittifaqlar işləyən insanlar üçün çox vacib idi.

“Xüsusilə Avropa və şərqi Avropada həmkarlar ittifaqları olan yerlərdən gələn immiqrantlar üçün”, o deyir.

Bu o deməkdir ki, fərdlər müqavilə şərtlərini işəgötürənlər ilə müzakirə etmirdilər. Onlar bunu qrup şəklində edirdi.

“Onlar yaxşı ev ala, uşaqlarını kollecə göndərə, bir sözlə, Amerika xəyalını yaşaya bilirdilər”, Franz söyləyir.

Franz deyir ki, amerikalıların çoxu həmkarlar ittifaqlarını sevmirdi. Üzvlərin sayı heç vaxt əhalinin 30 faizindən çoxunu təşkil etmirdi. Uzun müddət davam edən tənəzzüldən sonra həmkarlar ittifaqlarının rolu dəyişib. Hazırda milennialların çoxu işlərinin böyük hissəsini evdən görür.

Adətən bölünmüş işçi qüvvəsini həmkarlar təşkilatlarında birləşdirmək çətin olur. Lakin bir çox sahədə çalışan milleniallar kollektiv danışıqlar və həmkarlar ittifaqı anlayışlarını dərk etməyə başlayıblar.

Hər iki kurator həmkarlar ittifaqının mövcud olmağa davam edəcəyini deyir. Onların hansı formada olacaqlarını isə zaman göstərəcək.

XS
SM
MD
LG