Accessibility links

İranlı rəsmi Səmənd maşınının yan güzgüsünün belə ölkədə hazırlanmadığını iddia edib


Əbdürrza Vaizi
Əbdürrza Vaizi

Şərqi Azərbaycan vilayətinin Elm və Texnologiya Parkının rəhbəri Əbdürrza Vaizi İranın istehsal etdiyi və milli adlandırdığı Səmənd adlı avtomobilinin hissələrinin təbliğ olunduğu kimi ölkə daxilində istehsal olunmadığını iddia edib.

Fars xəbər agentliyi ilə müsahibədə bu iddianı irəli sürən Vaizi deyib ki, “indi ölkədə Səmənd avtomobilinin yan güzgüsü olmadığını deyən şəxslər illərdir iddia edirlər ki, milli mühərrik istehsal edirlər və Səmənd milli avtomobildir, amma sanksiya zamanında bu avtomobilin yan güzgüsünün belə milli olmadığı bəlli oldu.”

Vaizi avtomobil istehsalçılarının hökumət rəsmilərinin dəstəyindən sui-istifadə etdiyini irəli sürərək, onları aşağı keyfiyyətli maşınlar istehsal etdiyinə görə tənqid edib. O bildirib ki, ölkədəki maşın istehsalçıları illər boyu hökumət tərəfindən dəstək alaraq keyfiyyətsiz maşınlar istehsal edib. Vaizi bunun "xalqa qarşı ən böyük haqsızlıq" olduğunu söyləyib.

O həmçinin Təbrizdə ölkədə ilk dəfə olaraq elm və texnologiyaya əsaslanan avtomobil istehsalına hazırlıqların getdiyini iddia edərək, Təbrizdə avtomobil istehsalı ilə bağlı vəd verib.

İranda avtomobil istehsal edən şirkətlər dövlət sektoruna bağlıdır. Lakin hökumət rəsmiləri də dəfələrlə bu şirkətlərin zəif keyfiyyətli məhsulları haqda tənqidlər irəli sürüblər.

Ölkədə yol qəzalarında həyatını itirən vətəndaşların sayının yüksək olmasının səbəblərindən birinin də dövlətə bağlı olan avtomobil şirkətlərinin müasir standartlara uyğun olmayan avtomobillər istehal etməsi olduğu deyilir. Yol polisinin verdiyi hesabata görə, ölkədə ölümlə nəticələnən yol qəzalarının təxminən yarısı İranda istehsal edilən Pride və Peugeot maşınları tərəfindən edilən qəzalar nəticəsində baş verib.

XS
SM
MD
LG