Accessibility links

Abdulnasir Əliyev: Günahsız hərbçilərin öldürülməsində iştirak edənlərin cəzalandırılmasını istəyirik


Oktyabrın 7-də Tərtər hadisələri ilə bağlı övladları həbs edilmiş və qətlə yetirilmiş bir qrup valideyn Bərdə rayonundakı (Bakıdan 305 kilometr qərb) hərbi korpusun qarşısında etiraz aksiyası keçirib. Aksiya iki saatadək davam edib.

Aksiya iştirakçısı Abdulnasir Əliyev (oğlu Emin Əliyev hazırda həbsdədir) Amerikanın Səsinə müsahibəsində bildirib ki, aksiya iştirakçısı olan valideynlərin hər biri öz öldürülmüş, həbs olunmuş övladlarının və həyat yoldaşlarının fotosu əks olunmuş köynəklər geyinib.

Abdulnasir Əliyev: Günahsız hərbçilərin öldürülüməsində və həbsində iştirak edənlərin cəzalandırılmasını istəyirik
please wait

No media source currently available

0:00 0:02:21 0:00

“Biz baş vermiş cinayət hadisəsi ilə bağlı ədalətli məhkəmə keçrilməsini, hərbçilərin işgəncə altında qətlə yetirilməsində iştirak edənlərin layiqli cəzalandırılmasını, həbsdə olan hərbçilərin azadlığa buraxılmasını tələb etdik. Valideynlər həmçinin günahsız həbçilərin öldürülməsində və həbs edilməsində iştirak edən komandirlərin və digərlərinin vəzifədən kənarlaşdırılmasını, həbs edilməsini tələb etdi. Korpus komandirindən bizi qəbul edərək suallarımıza cavab verməsini istədik. Əvvəlcə bizi rəsmi şəxslərdən kiminsə qəbul edəcəyini desələr də, sonra polis gəldi və dağılışmağımızı tələb etdi,” o qeyd edib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər Nazirlikləri birgə bəyanat yayaraq, hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupun Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edildiyini bildirib.

Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat Xidməti Tərtər rayonunda Azərbaycan ordusunun birləşmələrinə və məntəqələrinə qarşı genişmiqyaslı təxribat aksiyası hazırlayıb.

2017-ci il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib.

Hüquq müdafiəçilərinin araşdırması zamanı tutulma və istintaq zamanı azı 8 şübhəli şəxsin işgəncə nəticəsində öldürüldüyü məlum olub. Sonradan təkrar istintaq zamanı öldürülənlərdən 4 nəfərinə bəraət verilib.

İttihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqan məhrumetmə cəzası alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG