Accessibility links

Abdulla Əmirhaşimi: 1946-cı ildə türkcə kitabların yandırılması mədəni soyqırım idi [Audio-Müsahibə]


Abdulla Əmirhaşimi
Abdulla Əmirhaşimi

Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmirhaşimi Amerikanın Səsinə müsahibədə 1946-ci ildə Azərbaycan Milli Hökümətinin İran ordusunun hücumu ilə devrilməsindən sonra baş verən olayları dəyərləndirib. Milli fəal həmçinin keçən həftə milli hökümətin quruluş və devrilməsinin ildönümü münasibətilə İsveçdə keçirdikləri tədbirlər haqqında danışıb.

Abdulla Əmirhaşimi Milli Hökumətin süqutunu şərh edir
please wait

No media source currently available

0:00 0:17:15 0:00

Azərbaycan Demokrat Firqəsinin əməkdaşı olmuş fəal milli hökümətin devrilməsindən sonra xüsusilə Azərbaycan şəhərlərində türkcə kitabların İran ordusu tərəfindən yandırılmasına diqqət çəkərək bu hadisəni mədəni soyqırım kimi dəyərləndirir.

Mərkəzi hökümət Azərbaycanda gedən islahatı, Azərbaycan hökümətini həmçinin Demokrat Firqəsini tanıdı və onunla müqavilə bağladı.
Abdulla Əmirhaşimi

“Milli Hökümət devrildikdən sonra Şah rejiminin pozduğu təkcə hökümətin yaratdığı orqanlar, əldə etdiyi demokratiya və imzalanan müqavilələr deyildi, bəlkə 26 azər ya 17 dekabr günündə Azərbaycanda türk dilində nə qədər kitab var idi, yandırıldı. Sadəcə dərslikləri deyil, qədim kitabları da yandırdılar,” cənab Əmirhaşimi söyləyir.

O, kitab-yandırma olayını “təkcə Azərbaycana qarşı deyil bütün dünya və insanların maarifləndirilməsinə qarşı bir hərəkət” hesab edir.

Abdulla Əmirhaşimi Azərbaycan Milli Höküməti ilə İranın mərkəzi höküməti arasında gedən müzakirələrə işarə edərək həmin dövrdə Demokrat Firqəsi liderlərinin bu prosesə inandığını deyir.

Ancaq mərkəzi hökümət əslində buna inanmırdı və seçkilərə nəzarət bəhanəsilə Azərbaycana ordu gətirib əhalini qətliama başladı.
Abdulla Əmirhaşimi

İsveçdə mühacirətdə yaşayan fəalın dediklərinə görə, “mərkəzi hökümət milli hökümətin uğurlarından sonra onun qarşısında geri oturdu və daha sonra bunların arasında müzakirələr getdi. Mərkəzi hökümət Azərbaycanda gedən islahatı, Azərbaycan hökümətini həmçinin Demokrat Firqəsini tanıdı və onunla müqavilə bağladı.

Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu
Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu

Bu bir demokratik proses idi və Firqənin rəhbərləri bu prosesə və mərkəzi hökümətin müqavilələrinə inandılar və bunu genişləndirmək üçün mərkəzi hökümətlə əməkdaşlıq etmək istədilər. Ancaq mərkəzi hökümət əslində buna inanmırdı və seçkilərə nəzarət bəhanəsilə Azərbaycana ordu gətirib əhalinin qətliamına başladı.

XS
SM
MD
LG