Accessibility links

"Abbas Lisaniyə verilən cəza bütün hərəkata verilən cəzadır"


Məhsa Mehdili İran Azərbaycanındakı milli hərəkatın liderlərindən olan Abbas Lisaniyə qarşı verilən 15 il həbs və iki il sürgün cəzasını, bütün hərəkat və milli fəallara qarşı çıxarılmış bir cəza kimi dəyərləndirir.

Məhsa Mehdili Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:16:24 0:00

17 il bir mədəni fəal üçün və bizim hərəkata qarşı çox ciddi bir sanksiyadır. Çox ciddi bir cəzasır. Hamımız bunun qarşısında durmalıyıq.

Siyasi ekspert Amerikanın Səsi ilə söhbətdə deyib ki, “17 il bir mədəni fəal üçün və bizim hərəkata qarşı çox ciddi bir sanksiyadır. Çox ciddi bir cəzasır. Hamımız bunun qarşısında durmalıyıq. Bunu sadəcə Abbas bəyə deyil, bütün milli hərəkatımıza və bütün aktivistlərimizə kəsilmiş bir hökm kimi görməliyik.”

Apellyasiya Məhkəməsində həbs müddəti 8 ildən 15 ilə artırılan Abbas Lisaninin dosyesi ilə bağlı İranın Ali Məhkəməsinə müraciət etməyə hazırlaşan vəkil Məhəmmədrza Fəqihi oktyabrın 20-də nəzarət altına alındı. O daha sonra sərbəst buraxılsa da, Lisanini müdafiə etdiyi üçün təhlükəsizlik qurumunun basqı və təhdidlərinə məruz qaldığı bildirilir.

Abbas Lisani
Abbas Lisani

Məhsa Mehdilinin sözlərinə görə, “vəkilin həbs edilməsi əslində məhkəmə və hüquq sisteminin nə qədər iqtidara, hökümətə və zora xidmət etdiyini göstərir. Məhkəmənin bir ədalət qurumu olmadığını göstərir. İnsanlar məhkəməyə güvənə bilməyəcəksə, özünü müdafiə edə bilməyəcəksə, vəkillər də gedib insanları müdafiə edə bilməyəcəksə, demək ki, tamamən bir vəhşət, terror və zorbalıq sistemi qurulmuşdur.”

Mehdili Abbas Lisaninin “Güney Azərbaycan milli hərəkatındakı ağırlığına və insanları səfərbər etmək qabiliyyətinə” diqqət çəkərək əlavə edir ki, “Abbas bəyin həm mücadilə metodlarına, həm də dediklərinə baxdığımızda görürük ki, onun mücadiləsinin ana xətti mədəni və dinc şəkildə hərəkət etməkdir.”

O hesab edir ki, “mədəni şəkildə fəaliyyət edən birini belə ağır cəzalar və əziyyətlərə məruz qoyaraq, istər-istəməz milli hərəkatı radikallaşdırmağa çalışırlar.”

Hakimiyyət üçün əsas məsələ o kitabların türkcə olmasıdır. Ola bilər ki, məzmunu misal üçün, tamamən dini bir kitab olsun. Hətta bunları tərifləyən bir məzmun ola bilər.

Məhsa Mehdili həmçinin son vaxtlar İran Azərbaycanı və Tehranda türkcə kitablar nəşr edən naşirlərin məruz qaldığı basqılara dair fikirlərini Amerikanın Səsi ilə paylaşıb:

“Hakimiyyət üçün əsas məsələ o kitabların türkcə olmasıdır. Ola bilər ki, məzmunu misal üçün, tamamən dini bir kitab olsun. Hətta bunları tərifləyən bir məzmun ola bilər. Amma türkcə olduğu üçün ona qarşı çıxırlar.”

O əlavə edir ki, “İran hakimiyyəti yumşalmaq yerinə, tələblərə qulaq asmaq yerinə yeni cəbhə açıb. Türk dilini haradasa evlərdə qadağa edəcəklər. ‘Farsca yetərlilik testi’ təşəbbüsünü də gördük. Türkcəni Azərbaycanda və türklərin evində yox etməyə yönəlik layihələr inkişaf etdirirlər.”

XS
SM
MD
LG