ABŞ ordusunun bildirdiyinə görə, İraqın Diyala vilayətində bomba partlayışı nəticəsində bir Amerika əsgəri həlak olub. Ordu bildirir ki, hazırda əsgərin ölümü araşdırılır. 2003-ci ilin mart ayında İraqda müharibə başlayandan bəri ABŞ ordusunun 4394 üzvü həlak olub.
2003-ci ilin mart ayında İraqda müharibə başlayandan bəri ABŞ ordusunun 4394 üzvü həlak olub