Accessibility links

ABŞ Seulu İrana qarşı sanksiyaları dəstəkləməyə çağırır


ABŞ Seulu İrana qarşı sanksiyaları dəstəkləməyə çağırır
ABŞ Seulu İrana qarşı sanksiyaları dəstəkləməyə çağırır

ABŞ ali diplomatı bu gün Cənubi Koreyadan nüvə proqramı səbəbi ilə Birləşmiş Ştatların Tehrana tətbiq etdiyi sanksiyalar məqsədi ilə İrandan xam neftin idxalını azaltmağı xahiş edib.

ABŞ Dövlət Departamentinin silahsızlaşdırma və silahlara nəzarət üzrə müşaviri Robert Eynhorn həmçinin Seuldan İranın mərkəzi bankı ilə əlaqələrini kəsməyə çağırıb.

Eynhorn ABŞ-ın İrana müəyyən etdiyi yeni sanksiyalara dəstək əldə etməyə çalışır. Yeni sanksiyalar İranın mərkəzi bankı ilə iş aparan institutlara qarşı sərt maliyyə tətbirləri nəzərdə tutur.

Cənubi Koreyanın xarici işlər nazirinin müavini Kim Ci-Şin deyib ki, o, İranın nüvə proqramı məsələsini həll etmək üçün beynəlxalq səyləri dəstəkləyir. Ancaq onun sözlərinə görə, Cənubi Koreyada çoxları bu sanksiyaların ölkə iqtisadiyyatına mənfi təsir edəcəyindən narahatdır.

Xarici İşlər Nazirliyindən başqa bir qrup nümayişçi ABŞ əleyhinə şüarlar səsləndirərək Seulunu İrana qarşı sanksiyalara qoşulmamağa çağırıb.

XS
SM
MD
LG