ABŞ Prezidenti Barak Obama bu gün Ağ Evdə İraqın baş naziri Nur Əl-Məliki ilə danışıqlar aparacaq. İki lider ABŞ qüvvələrinin bu ayın sonuna qədər ölkədən çıxarılmasından sonra İraqın gələcəyini müzakirə edəcəklər.
Ag Ev rəsmilərinin sözlərinə görə görüşdə strateji əməkdaşlıq sahəsində yeni mərhələnin başlanması üçün səylərin müzakirəsi nəzərdə tutulub. Cənab Obama və cənab Maliki görüşdən sonra birgə mətbuat konfransı keçirəcək. Onların yaxınlıqda yerləşən 2003-cü ildə müharibə başlayandan bəri 4500 ABŞ əsgərinin dəfn edildiyi Arlinqton Milli məzarlığına ziyarət edəcəkləri nəzərdə tutulub.
Bazar günü Vaşınqtona gələn İraq baş nazirinin bu gün dövlət katibi Hillari Klintonla nahar edəcəyi nəzərdə tutulub. Cənab Malikinin iki günlük səfəri zamanı vitse-prezident Coi Baydenlə də görüşəcəyi gözlənilir.