Accessibility links

ABŞ dronları pakistanlı yaraqlılara hücumlar həyata keçirir


ABŞ dronları pakistanlı yaraqlılara hücumlar həyata keçirir
ABŞ dronları pakistanlı yaraqlılara hücumlar həyata keçirir

Pakistan rəsmiləri ABŞ pilotsuz təyyarə hücumunun ölkənin şimal-qərbində, Əfqanıstanla sərhəd qəbilə regionunda 10 nəfərin ölümünə səbəb olduğunu ehtimal edir. Rəsmilər bu gün iki raketin yaraqlıların cəmləşdiyi ehtimal edilən qərərgaha düşdüyünü deyiblər. Təhlükəsizlik rəsmiləri ölənlərin arasında xarici və yerli yaraqlılar olduğunu bildirib.

Pakistan rəsmiləri pilotsuz təyyarə hücumlarını ölkənin suverenliyini pozmaq aktı kimi qiymətləndiriblər, hərçənd ki, hücumların Pakistan kəşfiyyatının köməyi ilə həyata keçirildiyi deyilir.

Noyabr ayında sərhəd boyu NATO hava hücumlarının təsadüf nəticəsində 24 pakistanlı əsgəri öldürməsi İslamabadın NATO hərbi avadanlığının Əfqanıstana daşınmasının qarşısını almaqla nətcələnmişdi.

XS
SM
MD
LG