Pakistan rəsmilərinin sözlərinə görə, ABŞ-ın Pakistanın qəbilələrin yaşadığı regionuna raket hücumu nəticəsində 2 yaraqlı öldürülüb. Təhlükəsizlik rəsmiləri deyib ki, hücum Şimali Vəziristan vilayətinin Mir Əli şəhərində bir evi hədəf alıb. Bu region Əfqanıstan sərhədi boyu NATO qüvvələrinə hücumlarda ittiham edilən Taliban və Əl-Qaidə yaraqlılarının bazası hesab olunur. ABŞ prezidenti Barak Obamanın Pakistanda pilotsuz təyyarələrdən istifadəni artırması Vaşinqtonla İslamabad arasında fikir ayrılığına səbəb olub. Belə hücumların əleyhinə çıxan Pakistan hökuməti bunu suvernliyinin pozulması kimi qiymətləndirir.
Şimali Vəziristan vilayətinin Mir Əli şəhərində bir evi hədəf alan hücum zamanı 2 yaraqlı öldürülüb