Dekabr ayında ABŞ iqtisadiyyatında artım qeydə alınıb. 2009-cu ildən etibarən ilk dəfə olaraq işsizlik göstəriciləri enib. Belə ki, son aylar 200 min yeni iş yeri açılıb.
Əmək Nazirliyinin bu gün açıqladığı hesabatında deyilir ki, işsizlik hazırda 8.5 faiz təşkil edir.Yeni iş yerlərinin əsasən özəl sektor, nəqliyyat, pərakəndə satış və səhiyyə sistemində açıldığı qeyd edilir.
Ştatlar və yerli hökumətlərdə isə 12 min iş yeri ixtisar edilib. Son altı ay ərzində açılan 100 min yeni iş yeri 8 milyon işsiz qarşılığında kifayət hesab edilmir.
Bir çox insan tam stat iş tapa bilmədiyi üçün yarım stat işləri qəbul etməyə məcbur olur. İşlərini itirənlərin bəziləri iş axtarmır. Lakin son il ərzində belə “inamsızlar”ın sayı 400 mindən aşağıdır. 2011-ci ildə onların sayı 945 min təşkil edirdi.