Accessibility links

ABŞ-ın Əfqanıstandakı hərbi bazasının əsgəri mülki vətəndaşları atəşə tutub


Əfqanıstanın Qəndəhar vilayətindəki ABŞ hərbi bazasının əsgəri bu gün səhər bazanı tərk edərək, mülki vətəndaşları atəşə tutub. NATO onun nəzarət altına alındığını və hadisə ilə bağlı istitaqa başladığını bildirib. NATO sözçüsü, kapitan Castin Brokhof bir çox adamın yaralandığını bəyan edib. Lakin o, hücum zamanı ölənlər olduğuna dair məlumatın hələ təsdiq edilmədiyini bildirib. Əfqan rəsmiləri 16 adamın həlak olduğunu deyir.

Amerikanın Əfqanıstandakı səfirliyi həmin şəxsin ədalət məhkəməsi qarşısına çıxarılacağını bildirib. NATO hadisəyə görə təssüfünü dilə gətirərək bununla bağlı əlavə məlumat veriləcəyini deyib.

XS
SM
MD
LG