ABŞ Prezidenti Barak Obama Meksiko Körfəzində nəhəng neft axıntısını araşdırmaq və gələcək cavab tədbirləri barədə tövsiyələr vermək üçün ikipartiyalı komissiya təsis edib. Həftəlik müraciətində Prezident Barak Obama enerji şirkətləri ilə onları nizamlayan hökumət agentlikləri arasındakı “isti münasibətləri” tənqid edib. Bu arada enerji nəhəngi BP neft axıntısının qarşısını almaq üçün səylərini davam etdirir. Şirkət mühəndislərin axıntını gələn həftə ilə avqustun sonu arasında dayandıra biləcəklərini elan edib. BP-nin baş mühəndisi deyir ki, işçilər gələn həftə sualtı quyunu ağır palçıqla doldurmağa cəhd göstərəcəklər. Əgər bu prosedur iflasa uğrayarsa, avqustun əvvəllərində alternativ quyu qazılanadək axıntı dayandırılmaya bilər.
Həftəlik müraciətində Prezident Barak Obama enerji şirkətləri ilə onları nizamlayan hökumət agentlikləri arasındakı “isti münasibətləri” tənqid edib