ABŞ Nümayəndələr Palatasının spikeri Nənsi Pelosi dünya boyu başqa qaçqınlarla yanaşı sudanlılar, tibetlilər üçün ədalətli, dinc və təhlükəsiz gələcəyə çağırıb. Pelosi bəyanatı evlərindən didərgin düşmüş adamları şərəfləndirən BMT Dünya Qaçqınlar Günü münasibətilə açıqlayıb. Bəyanatda deyilir ki, Sudanda 2.6 milyon adam ölkə daxilində köçkün düşmüş, 250,000 Darfur qaçqınları isə qonşu Çada pənah aparmışlar. Spiker bildirib ki, 70,000 tibetli qaçqın Çindəki zülmdən qurtulmaq üçün Hindistan və Nepalda məskunlaşmışlar. Pelosi deyib ki, Çin rəsmiləri Dalay Lama ilə dinc dialoqa daxil olmaqdan boyun qaçırdıqca, problemin həll yolu hələ ki, görünmür.
Bəyanatda deyilir ki, Sudanda 2.6 milyon adam ölkə daxilində köçkün düşmüş, 250,000 Darfur qaçqınları isə qonşu Çada pənah aparmışlar