Accessibility links

ABŞ komandanı Çinin maraqlarına hörmətlə yanaşır


ABŞ komandanı Çinin maraqlarına hörmətlə yanaşır
ABŞ komandanı Çinin maraqlarına hörmətlə yanaşır

Amerikanın Sakit Okean donanmasının komandanı deyir ki, o, Çinin öz maraqlarını müdafiə etməsinə hörmətlə yanaşır, amma Şimali Koreyanın qeyri-stabil davranışından narahatdır.

7-ci ABŞ donanmasının komandanı, vitse-admiral Skott Svift USS Corc Vaşinqton gəmisinə bağlı döyüş briqadasının lövbər saldığı Honq Konq limanında müxbirlərlə danışıb.

O, Çinin həm hərbi həm də iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini etiraf edib. Amma o, Çinin başqa ölkələrlə əməkdaşlıq edəcəyi təqdirdə bunun problem olmadığını bildirib.

O, əlavə edib ki, Şimali Koreya liderinin məramları aydın olmadığından bu ölkənin davranışı narahatlıq doğurur.

XS
SM
MD
LG