ABŞ Kiyevin Apellyasiya Məhkəməsinin qərarından narahatlığını ifadə edib. Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib ki, məhkəmə sabiq baş nazir Yuliya Timoşenkonun hökmünü qüvvədə saxlamaqla, demokratiya və qanunun aliliyinə tabe olmadan, müdafiə iddialarını nəzərə almayıb. Mark Toner Ukrayna hökumətini Timoşenko və digər sabiq rəsmilərin azad edilməsinə çağırıb.
Ukraynanın apellyasiya məhkəməsi dekabrın 23-də sabiq baş naziri Yuliya Timoşenkonun həbs cəzasını qüvvədə saxlayıb. Timoşenko 2009-cu ildə Rusiya ilə qaz razılığı əldə etdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Ona qarşı bir sıra digər ittihamlar da irəli sürülüb. Timoşenko hakimiyyətindən sui-istifadə ittihamı ilə apellyasiya məhkəməsini boykot edəcəyini bildirmişdi. O, belə bir utandırıcı prosesdə iştirak etmək niyyətində olmadığını bəyan etmişdi.
Ukrayna prezidenti Viktor Yanukoviç Timoşenknun azad edilməsinin əleyhinə olmadığını, lakin qanuni prosesə müdaxilə etməyəcəyini bildirib.
Məhkəmə prosesi Ukraynanın qoşulmağa can atdığı Avropa İttifaqı ilə münasibətlərinə mənfi təsir göstərib.