Dünyanın ən iri iqtisadi qüdrəti olan ABŞ iqtisadiyyatı son bir il yarımda sürətlə inkişaf edib, amma bu tempin qarşıdan gələn aylarda davam edib-etməyəcəyi bəlli deyil.
ABŞ hökumətinin açıqladığı hesabatda deyilir ki, oktyabrdan dekabradək müddətdə iqtisadi məhsuldarlıq 2.8 faiz artıb. Bu rəqəm iqtisadçıların proqnozlaşdırdığı 3 faizdən bir qədər azdır. Amma dördüncü kvartalın irəliləyişi son bir neçə ilin ən sürətli inkişafı olub.
İl ərzində ABŞ iqtisadiyyatı 1.7 faiz artıb. 2010-cu ildə artım 3 faiz təşkil edirdi.
Hökumət bildirib ki, dördüncü rübün irəliləyişi şirkətlərin öz inventarını yeniləşdirməsi və artan istehlakçı xərcləri ilə əlaqədardır.
Analtiklərin dediyinə görə 2011-ci ildə Amerika iqtisadiyyatı müsbət göstəricilər əldə etsə də, 2012-ci ildə artımın bir qədər yavaşıyacağı gözlənilir.