Accessibility links

ABŞ hökumətinin nəzərini əks etdirən baş məqalə


ABŞ hökumətinin nəzərini əks etdirən baş məqalə
ABŞ hökumətinin nəzərini əks etdirən baş məqalə

Azərbaycanda həbsdə olan iki bloger bu yaxınlarda azadlığa buraxılıb. Məhkəmə 2009-cu ilin noyabr ayında Emin Milli və Adnan Hacızadəni həmin ilin iyul ayında Bakıda bir restoranda baş verən dava ilə bağlı ittihamlar əsasında məhkum etmişdi. Onların hər ikisi məhkəmə hökmünün İnternetdə yayılan siyasi müxalif fəaliyyətlərinin nəticəsi olduğunu irəli sürüb.

ABŞ-ın Bakıdakı səfirliyi blogerlərin azadlığa buraxılmasını “müsbət addım” adlandıraraq qeyd edib ki, “Prezident Obama və Dövlət Katibi Klintonun bəyanatlarından da aydın olduğu kimi ABŞ hökuməti Hacızadə və Millinin məhkəmə işi ilə yaxından maraqlandığını nümayiş etdirmişdir.”

Bu arada, “Realnıy Azerbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev hələ də həbsdədir. Bu ilin iyul ayında Fətullayevə qanunsuz narkotik saxlamaq ittihamı ilə hökm oxunub və ona iki il yarım həbs cəzası verilib. Terrorçuluğa kömək, milli ədavəti qızışdırma və vergidən yayınma ittihamları əsasında ona əvvəlcə səkkiz il yarım həbs cəzası verilmişdir. Avropa İnsan Haqları Məhkəməsi bu il həmin ittihamlarla əlaqədar onun bəraəti barədə qərar çıxarıb. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının media hüquqları üzrə nümayəndəsi cənab Fətullayevin narkotik saxlaması barədə ittihamın həqiqətə əsaslanması ehtimalının çox aşağı olduğunu deyib.

ABŞ-ın Bakıdakı səfirliyi “ jurnalist Eynulla Fətullayevin tezliklə həbsdən azad olunacağına” ümid edildiyini bildirib.

Siyasi təsirdən azad, müstəqil ədliyyə sistemi və fəal bir vətəndaş cəmiyyəti müasir demokratik dövlətin təməl daşıdır. Birləşmiş Ştatlar söz və toplaşma azadlığı da daxil olmaqla, demokratik islahatların inkişafı sahəsində Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlıq etmək barədə öhdəliyinə sadiq qalır.

XS
SM
MD
LG