Accessibility links

ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Bakıdadır


ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Bakıdadır
ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Bakıdadır

Güman etmək olar ki, müzakirə mövzularından biri Türkmənistanla Azərbaycan arasında Transxəzər qaz kəmərinin inşası və Xəzər regionundan Avropaya qaz nəqlinin həyata keçirilməsi olacaq.

ABŞ dövlət katibinin Avrasiyada enerji diplomatiyası üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar noyabrın 14-də Bakıya ikigünlük səfərə gəlir.

Səfər proqramına Azərbaycan rəhbərliyi ilə görüşlər daxildir. Lakin, cənab Morninqstarın indiki səfərinin missiyasının məqsədi hələlik açıqlanmır. Güman etmək olar ki, müzakirə mövzularından biri Türkmənistanla Azərbaycan arasında Transxəzər qaz kəmərinin inşası və Xəzər regionundan Avropaya qaz nəqlinin həyata keçirilməsi olacaq. Bu məsələyə dair danışıqlar ötən ay Azərbaycan qazının tranzitinə dair Bakı və Ankara arasında əldə olunmuş saziş baxımından real şəkil alır.

XS
SM
MD
LG