Amerikalılar bu günü ölkənin ən nüfuzlu iki prezidentinin şərəfinə Prezident günü kimi qeyd edir. Federal bayram 1968-ci ildən keçirilməyə başlayıb. Hər fevral ayının 3-cü həftəsinin bazar ertəsi günü amerikalılar ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun doğum gününü qeyd edir. 16-cı prezident Abraham Linkolnun da doğum tarixi fevral ayına təsadüf etdiyindən bu bayram hər iki prezidentin şərəfinə keçirilir. Fevralın 22-sində Vaşinqtonun anadan olduğu günün keçirilməsi isə çoxdan qeyd olunur. İlk rəsmi mərasim 1885-ci ilə təsadüf edir. Bir çox ştatlarda isə amerikalılar fevral ayının 12-də Linkolnun ad gününü qeyd edib. Onun doğum günü 1965-ci ildə vətəndaş müharibəsinin başa çatmasından bir neçə gün sonra onun öldürülməsinin ardınca keçirilməyə başlayıb.
Bu bayram ölkənin ən nüfuzlu iki prezidentinin şərəfinə keçirilir