Accessibility links

ABŞ-da 300 min qeyri-qanuni mühacirin hər birinin işinə ayrı-ayrılıqda baxılacaq


ABŞ-da 300 min qeyri-qanuni mühacirin hər birinin işinə ayrı-ayrılıqda baxılacaq
ABŞ-da 300 min qeyri-qanuni mühacirin hər birinin işinə ayrı-ayrılıqda baxılacaq

Obama administrasiyası deportasiya ilə üzləşən 300 min qeyri-qanuni mühacirin hər birinin işinə ayrı-ayrılıqda baxılacağını bəyan edib. Qanunvericilərə ünvanladığı məktubda daxili təhlükəsizlik naziri Canet Napoliatano bildirib ki, ABŞ-da uzun müddət yaşayan və aşayişə təhlükə törətməyən insanlarla yanaşı, ictimai təhlükəsizliyinə hədə törədənlərin işinə baxılacaq. Bu yeni siyasət demokrat senator Dik Durbin tərəfindən alqışlanıb. Durbin hələ uşaq ikən ölkəyə gələn insanların Amerika vətəndaşlığı ilə təmin edilməsinə dair qanun layihəsini dəstəkləyənlər arasındadır. Lakin respublikaçı qanunvericilər bildirir ki, Obama administrasiyası Konqresdən yan keçərək qeyri-qanuni mühacirləri kor-koranə amnistiya ilə təmin edir. Mühacir hüquqlarının müdafiəşiləri isə Obama administrasiyanın milyonlarla qanunsuz mühaciri ölkədən deportasiya etməkdə, Konqresə mühacirət islahatlarına dair əhatəli qanun qəbul etməyə çağırmamaqda günahlandırır.

XS
SM
MD
LG