Accessibility links

ABŞ-da terror hücumları planlaşdırıldığı güman edilir


ABŞ-da terror hücumları planlaşdırıldığı güman edilir
ABŞ-da terror hücumları planlaşdırıldığı güman edilir

Birləşmiş Ştatların əks-terror rəsmilərinin bildirdiyinə görə, etibarlı, lakin təsdiq edilməmiş məlumatlara görə, Amerikada sentyabr hücumlarının 10-cu ildönümü ərəfəsində ölkəyə qarşı yeni terror hücumları planlaşdırılır.

Rəsmilər hücumların əsasən Nyu-York və Vaşinqton şəhərlərini hədəf ala biləcəyindən ehtiyat edildiyini və bu şəhərlərdə polis işçilərinin sayının artırıldığını bildirirlər. Nyu-York şəhərinin meri Maykl Blumberq sakinləri adı həyatlarını davam etdirməyə çağırıb. Vaşinqton şəhərinin meri Vinsent Qrey şəhər rəsmilərinin federal agentlərlə birlikdə təhlükənin qarşısının alınması yolunda birgə işlədiklərini deyib. Xəbərdarlıq bu iki əsas şəhərdə təşkil ediləcək mərasimlərin təxirə salınmasına səbəb olmayıb.

XS
SM
MD
LG