Accessibility links

ABŞ senatorlarından Misirə xəbərdarlıq


ABŞ senatorlarından Misirə xəbərdarlıq
ABŞ senatorlarından Misirə xəbərdarlıq

ABŞ-ın üç senatoru xəbərdarliq edib ki, qeyri-qanunu maliyyə toplamaqda ittiham olunan 19 amerikalının məsələsi tez bir zamanda həll olunmasa, Misirlə əlaqələrdə "fəlakətli partlayış" ola bilər.

Respublikaçı Con Makkeyn, Kelli Ayot və müstəqil Co Liberman dünən deyib ki, konqresin Misirə ayırdığı maliyyə vəsaitinin taleyi təhlükə altındadır.

Senatorların sözlərinə görə, Misir hökumətinin daxilində ABŞ-la əlaqələrə etiraz edənlər gərginliyi daha da artırmağa, ictimai fikrə təsir etməyə çalışır. Ancaq onlar deyir ki, hər iki ölkədə xoşməramlı insanlar var və bu insanlar böhranı həll etmək üçün əllərindən gələni edir.

Misir rəsmiləri bildirib ki, 19 amerikalı da daxil olmaqla, 43 aktivist demokratiya tərəfdarı qruplar üçün qeyri-qanuni maliyyə toplamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq. Amerikalılardan biri ABŞ nəqliyyat naziri Rey Lahudun oğlu Sam Lahuddur.

ABŞ Dövlət Departamenti bildirib ki, amerikalılar və başqaları Misir seçkilərinin dəstəkləmək üçün bir yerdə çalışıblar. Açıqlamada onların bitərəf olduğunu və fərdi namizədlər üçün heç bir maliyyə toplama əməliyyatında iştirak etmədiyi deyilir.

XS
SM
MD
LG