Accessibility links

ABŞ Venesuela müxalifətinin lideri Xuan Quaydonu müvəqqəti prezident kimi tanıyıb


ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, Amerika diplomatları Venesuela prezidenti Nikolas Maduronun 72 saat ərzində ölkədən çıxmaq əmrinə qarşı çıxaraq ölkəni tərk etməyəcək.

Çərşənbə günü axşam saatlarında yazdığı Tvitter mesajında Pompeo ABŞ-ın artıq Maduro rejimini qəbul etmədiyini və Maduronun diplomatik əlaqələri pozmaq üçün qanuni səlahiyyətlərə sahib olmadığını düşündüyünü bildirib.

Pompeonun sözlərinə görə, ABŞ artıq Venesuela müxalifətinin lideri Xuan Quaydonu müvəqqəti prezident kimi tanıyır.

Digər ölkələr o cümlədən Kanada, Braziliya və Argentina da Quaydonu Venesuela prezidenti kimi tanıyıb. Boliviya, Meksika, Türkiyə və Rusiya Maduronu Venesuelanın lideri kimi tanımaqda davam edir.

XS
SM
MD
LG