Accessibility links

ABŞ və müttəfiq ölkələr Çinin Təhlükəsizlik Agentliyini kiber hücumlarda günahlandırır


ABŞ və digər ölkələr Çinin Dövlət Təhlükəsizlik Nazirliyini qlobal səviyyədə kiber hücumlar həyata keçirmək üçün müqavilə ilə kriminal hakerlərdən istifadə etməkdə günahlandırır. Hakerlər özləri bu məsələdə şəxsi gəlir əldə edir.

“Hücumlara özəl şirkətlərin sistmelərini əsir alaraq pul ödəməyə məcbur etmək və şəxsi məlumatları əldə etmək daxildir“ - deyə, ABŞ rəsmiləri bildirir.

“Birləşmiş Ştatlar və dünya ölkələri Çin Xalq Respublikasını məsuliyyətsizlik, kiber məkanda dağıdıcı və sabitliyi pozan davranış, iqtisadi və milli təhlükəsizliyimiz üçün böyük bir təhlükə yaradan addımlara görə cavabdeh hesab edir" - deyə, ABŞ Dövlət katibi Antoni Blinkenin açıqlamasında deyilir.

ABŞ NATO, Avropa Ittifaqı, Britaniya, Yaponiya, Kanada, Avstraliya və Yeni Zelandiya ilə birlikdə bazar ertəsi Microsoft Exchange serverləri vasitəsi ilə on minlərlə təşkilata təsir edən kiber hücumda Çini xüsusi olaraq günahlandırıb.

“ABŞ hökuməti həm bu hadisə, həm də Çinin daha geniş zərərli kiber fəaliyyəti ilə bağlı narahatlıqlarını yüksək səviyyəli Çin rəsmilərinə bildirərək, bu addımların təhlükəsizlik məsələsi və kiber məkanda sabitliyi təhdid etdiyini aydın edib” - deyə, bir yükəsk səviyyəli administrasiya rəsmisi jurnalistlərə bildirib.

O əlavə edib ki, Çinin mülki kəşfiyyat agentliyi tərəfindən hakerlərlə cinayyət müqaviləsi ilə işləmək həqiqətən "təəccüb doğurub və gözümüzü açıb".

Lakin Çin bu kimi fəaliyyətlərdə əli oduğunu davamlı şəkildə inkar edir.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanqa mart ayında kiber hücumlarla bağlı ünvanlanmış suala cavab olaraq bildirmişdi ki, əgər bu cür iddialar etibarlı bir dəlilə əsaslansa, Pekin bunu ciddiyə alacaq, ancaq “şayiələrə və fərziyyələrə” cavab verməyə vaxtı yoxdur.

Bazar ertəsi rəsmi Vaşinqton və müttəfiq ölkələrin paytaxtları vasitəsi ilə verilmiş açıqlama Çin hökümətindən detalların tələbi cəhdi kimi qiymətləndirilir.

Xüsusi ilə Milli Təhlükəsizlik Agentliyi Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi və Federal Təhqiqat Bürosu ilə birgə yaydığı məlumatda deyilir ki, “ABŞ-ın siyasi, iqtisadi, hərbi, təhsil və CI (kritik infrastruktur) işçiləri və təşkilatlarını hədəf alan və getdikcə daha da inkişaf etmiş Çin dövləti tərəfindən maliyyələşdirilən kiber fəaliyyətlər müşahidə edirlər”.

XS
SM
MD
LG