Birləşmiş Ştatlar şənbə günü Talibanın avqustun 31-dən sonra Əfqanıstamı təkr etmək istəyən heç kəsin qarşısını almayacağına dair vədini alqışlayıb. Avqustun 31-i Prezident Co Baydenin bütün ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılması üçün təyin etdiyi tarixdir.
ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisinin sözləri Talibanın mərkəzi lideri televiziyada yayımlanan çıxışında pasport və sənədləri etibarlı olan əfqanların avqustun 31-dən sonra da istədikləri ölkəyə quru və ya hava yolu ilə keçə biləcəklərini söyləməsindən bir gün sonraya təsadüf edib.
“Bu bəyanat müsbətdir. Biz, bizim müttəfiqlərimiz və beynəlxalq ictimaiyyət onları bu vədlərinə görə cavabdeh tutacaq,” Xəlilzad Twitter-də yazıb.
Talibanın Qətərdə qərargahlanan siyasi komissiyasının başçısının müavini Şer Məhəmməd Abbas Stanikzainin cümə günü etdiyi çıxışı onun islamçı hərəkatının amerikalılar, üçüncü ölkələrin vətəndaşları və ölkədə xarici qüvvələrə işləyən əfqanların avqustun 31-dən sonra təhlükəsiz şəkildə ölkədən çıxmalarına icazə verməyəcəyi ilə bağlı qorxuları azaltmaq məqsədi daşıyırdı.
“Qoyun birinci xarici qüvvələr geri çəkilsin ... sonra da amerikalılar və ya başqaları ilə işləyən həmvətənlərimiz istəsələr və ya başqa hər hansı bir səbəblə ölkəni tərk edə bilərlər. Bütün hava limanları, xüsusilə də Kabil hava limanı səyahətə açıq olacaq,” Stanikzai bildirib.
Minlərlə insan, o cümlədən jurnalistlər, keçmiş hökumət rəsmiləri və vətəndaş cəmiyyəti fəalları Qərb ölkələrinin evakuasiya əməliyyatları bitmədən Əfqanıstan paytaxtının beynəlxalq hava limanını tərk edən son təyyarələrə minə bilməyə çalışırlar.