Accessibility links

ABŞ-da təyyarə uçuş-enmə zolağında sürüşərək çaya düşüb


ABŞ-ın cənub-şərqi Florida ştatının rəmsiləri bildirir ki, Boeing 737 təyyarəsi cümə gecə Ceksonvil Donanma Hava Stansiyasına enərkən uçuş-enmə zolağında sürüşərək Seint Cons çayına düşüb. Təyyarədə 136 sərnişin olub.

Yerli televiziya kanalı WOKV-TV-nin verdiyi məlumata görə, təyyarə enməyə çalışarkən ağır tufana məruz qalıb və uçuş-enmə zolağının sonundakı çaya düşüb.

Televiziya kanalı 21 nəfərin yaxınlıqdakı xəstəxanalara çatdırıldığını, amma onların “hər birinin vəziyyətinin yaxşı” olduğunu bildirib.

Mayami Air Internationala aid təyyarə ABŞ ordusu tərəfindən icarəyə götürülmüş və Quantanamodakı bazasından gəlirdi.

Təyyarənin şəkilləri onun suya batmadığını göstərir.

Ceksonvilin meri Lenni Körri deyib ki, işçilər suya tökülən təyyarə benzinin yayılmasının qarşısını almağa çalışır.

Boeing yaydığı bəyanatda:“Boeing təyyarədə olan 136 sərnişin və yeddi ekipaj üzvünə xoş diləklərini çatdırır. Boeing ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının tələbi və nəzarəti ilə texniki dəstək verir. İdarə isə öz istintaqını aparır”– deyə, bildirib.

Dünya boyu hava yolları şirkətləri Boeing 737 MAX 8 təyyarələrinin uçuşlarını təxirə salıb, çünki həmin təyyarələr bir neçə ay ərzində iki dəfə ölüclü qəzaya uğrayıb.Belə ki, Efipoiya Hava yollarına məxsus təyyarə mart ayında qəzaya uğrayaraq 157 nəfərin ölümü ilə nəticələnib.Oktyabr ayında isə İndoneziyanın Lion Air hava yolları şirkətinin qəzaya uğraması nəticəsində 189 nəfər həyatını itirib.

Ceksonvilda qəzaya uğrayan Boeing təyyarəsi isə bu təyyarələrlə eyni deyil.

XS
SM
MD
LG