ABŞ Dövlət katibi Con Kerri BMT-nin Suriyada və qaçqınlara sığınacaq verilən qonşu ölkələrdə səylərinə dəstək məqsədilə Birləşmiş Ştatların 290 milyon dollar məbləğində humanitar yardım ayıracağına söz verib.
Con Kerri yardım çox böhük ehtiyac olduğunu deyərək, bütün ölkələrin Suriyada münaqişəyə son qoyulması kimi bir məsuliyyət daşıdığını əlavə edib.
Con Kerri donor ölkələri vəd etdikləri yardımın çatıdırlımasına davam etməyə çağırıb.
ABŞ Dövlət katibi bu açıqlamanı Beyruta gözlənilmədən etdiyi səfər zamanı verib. Con Kerri səfər zamanı Livanın Baş naziri Tamam Salam da daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək.
BMT-nin qaçqınlar agentliyi Suriyada üç il sürən münaqişə nəticəsində bir milyondan çox qaçqınının Livana pənah gətirdiyini bildirib.