Accessibility links

ABŞ sosial media şəbəkələrini İran liderlərinin hesablarını bağlamağa çağırır


Tehran sakini telefonunda sosial media şəbəkələri ilə bağlantının olmadığını nümayiş etdirir, 17 noyabr, 2019.
Tehran sakini telefonunda sosial media şəbəkələri ilə bağlantının olmadığını nümayiş etdirir, 17 noyabr, 2019.

Birləşmiş Ştatlar sosial media nəhəngləri olan Facebook, Instagram və Twitter-i İran hökumət liderləri ilə əlaqədar hesabları ölkədə internet tam bərpa olunana qədər bağlamağa çağırıb.

“Bu, olduqca riyakar bir rejimdir. İnterneti bağlayır, hökumət isə bütün sosial media hesablarından istifadə etməyə davam edir” - deyə, ABŞ-ın xüsusi nümayəndəsi Brayan Huk (Brian Hook) Dövlət Departmentinin Twitter səhifəsində yerləşdirilmiş müsahibədə bildirib.

“Buna görə də biz Facebook, Instagram və Twitter kimi sosial media şirkətlərini Ali dini rəhbər Ayətullah Əli Xameneyi, xarici işlər naziri Məhəmməd Cavad Zərif və prezident Ruhaninin hesablarını onlar öz xalqı üçün interneti bərpa etməyənə qədər bağlamağa çağırırıq”, Brayan Huk deyib.

İran hökuməti keçən həftə ərzində hökumət əleyhinə etirazların ölkəni bürüdüyü vaxt interneti tamamilə bloklamışdı. Müşahidəçilər internet əlaqəsinin son iki gündə tədricən bərpa olunduğunu bildirir.

Rejim interneti ona görə bağlayıb ki, onlar rejimin ölkədə minlərlə etirazçını məruz qoyduğu ölüm və faciəni gizlətməyə çalışırlar.
Brayan Huk

İran rəsmiləri noyabrın 15-də yanacaq qiymətlərinin artırılmasının elan edilməsindən sonra ölkənin 100-dən çox şəhərini bürümüş etiraz nümayişlərinin dayandığını bildirir. Lakin onların bu iddiasını təsdiq etmək mümkün deyil.

Tehran İranda son on il ərzində ən ciddi zorakılıqlarla müşayiət olunmuş etiraz nümayişlərində Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və İsrail də daxil olmaqla xarici düşmənləri və “quldurları” günahlandrıb.

Hökumət etirazlarda beş nəfərin öldüyünü bildirir, lakin Amnesty International da daxil olmaqla, beynəlxalq insan hüquqları təşkilatları 100-dən çox insanın öldüyü haqda məlumat verib.

“Rejim interneti ona görə bağlayıb ki, onlar rejimin ölkədə minlərlə etirazçını məruz qoyduğu ölüm və faciəni gizlətməyə çalışırlar” - deyə, Brayan Huk bildirib.

Facebook, Instagram və Twitter sosial şəbəkələrindən beynəlxalq mediaya hələlik məsələ ilə bağlı açıqlama verilməyib.

XS
SM
MD
LG