Accessibility links

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiyaları təsdiqlədi


Dekabrın 11-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiyaları tətbiq edən qanun layihəsini qəbul edib. "ABŞ-ın milli təhlükəsizliyinə Təşviq və İŞİD'in canlanmasının Önlənməsi" adlı layihə 18 lehinə, 4 əleyhinə səslə təsdiq edilib.

Səsvermədən əvvəl çıxış edən Respublikaçı sentor, Xarici Əlaqələr Komitəsinin rəhbəri Cim Riş bildirib ki, "S-400-lər Türkiyə torpaqlarında olduğu müddətcə F-35-ləri ala bilməyəcək. Ərdoğanı seçimlərinə yenidən nəzər salmağa çağırırıq."

Qanun layihəsinin əlehinə səs verən senator Rand Pol Türkiyə haqqında alınacaq hər bir sanksiya qərarında diqqətli olmağın vacibliyini vurğulayıb. "Sanksiya tərs reaksiya yaradaraq qərarın Türkiyəni Rusiyanın orbitinə itələyə bilər" - deyə, o bildirib.

Qanun layihəsini respiblikaçı senatorla bilikdə komitəyə təqdim edən demokrat senator Bob Menendez bildirib ki, "Xarici siyasətimizin Türkiyə tərəfindən girov alınması ilə bağlı narahatlıqlarımız var. Tramp Ərdoğanın Suriyaya olan tələbinə göz yumdu. İstədiklərini əldə etdilər".

Qanun layihəsi Senatın ümumi yığıncağında müzakirə çıxarılacaq.

XS
SM
MD
LG