ABŞ Konqresinə namizədlər və yüksək profilli siyasi xadimlər seçki kampaniyasının son gününü intensiv kampaniya tədbirlərində keçirirlər. Başlıca məqsəd ara seçkilərində Senat və Nümayəndələr Palatasına nəzarəti ələ almaqdır.
Prezident Donald Tramp istəyir ki, Respublikaçılar Konqresin hər iki palatasına nəzarəti əldə saxlasınlar.
Demokratlar ölkəmizə sosializm gətirmək istəyir. Onlar ölkəmizə qeyri-qanuni mühacir axınını dəvət etmək istəyir.Donald Tramp, ABŞ Prezidenti
Demokratlar isə Respublikaçıların hakimiyyət üzərində hazırkı monopoliyasını qırmağa can atrır.
Siyasi təhlilçilər ehtimal edirlər ki Demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirmək şansı yüksəkdir.
Çərşənbə günü amerikalılar 435 Nümayəndəni (Nümayəndələr Palatasındakı bütün yerlər hər iki ildən bir səsverməyə qoyulur) və 35 Senatoru (100 Senat yerinin üçdə biri hər iki ildən bir səsverməyə qoyulur) müəyyən edəcəklər.
Bazar ertəsi Tramp Ohayo, İndiana və Missuri ştatlarında kampaniya tədbirləri keçirir.
Bazar günü cənub ştatları olan Corciya və Tennessidə kampaniya nümayişlərinə qatılan prezident Tramp optimist ruhda olub.
“Hesab edirəm ki, biz Nümayəndələr Palatasında yaxşı göstəricilər əldə edəcəyik. Ancaq mənim əsas diqqətim Senata yönəlib. Zənnimcə, Senatda çox yaxşı rəqabət aparacağıq.”
Amerika yol ayrıcındadır. Ölkəmizin mahiyyəti səsverməyə qoyulub.Barak Obama, sabiq ABŞ prezidenti
Tramp Corciyadakı nümayişdə seçicilərə deyib ki, ara seçkiləri “əlahiddə perspektiv üzərində inkişafa davam edəcəyimizi, yaxud radikal Demokratların gələcəyimizi buldozer topu ilə vurmasına imkan verib-verməyəcəyimizi müəyyən edəcək.”
Sabiq prezident Barak Obama bazar günü İndiana ştatında Demokrat Senator Con Donnelli üçün kampaniya nümayişinə qatılıb.
Orada o, izdihama deyib ki, onun administrasiyası 2008-ci ildə ölkəni vurmuş iqtisadi böhrandan dirçəlişə təkan verib.
Obama Respublikaçıları onun administraiyasının nailiyyətlərini silmək cəhdində ittiham edib. O, həmçinin Trampı varlılar üçün nəhəng vergi endirimlərini imzaladıqdan sonra sadə adamlara kömək etdiyini deməsini məsxərəyə qoyub.
Sabiq Demokrat prezident ara seçkilərini “həyatımızın ən mühüm səsverməsi” adlandırıb.
Konqresə seçkilərdən əlavə ABŞ-ın 50 ştatından 36-da qubernator seçkiləri keçirilir. Hazırda ABŞ-da ştat qubernatorlarının 33-ü Respublikaçı, 16-sı Demokrat, biri isə bitərəfdir.