Martın 1-də və 5-də inkişafında məhdudiyyətləri və xüsusi tibbi yardıma ehtiyacı olan uşaqlara kömək sahəsində çalışan ekspert, Corctaun Universitetinin professoru Tobi Lonq inkluziv təhsil və davranma məsələlərinə dair mühazirələrlə çixiş edəcək.
Mühazirələr martın 1-də Azərbaycan Dillər Universitetində yerləşən Amerika Mərkəzində və martın 5-də Landmark Rotunda Holda keçiriləcək.
Mühazirələr təhsil sahəsində çalışan mütəxəssislər, psixoloqlar, aspirantlar, pediatorlar və məhdudiyyətləri olan uşaqlarla işləyən şəxslər üçün açıqdır.
Tobi Lonq Corctaun Universitetinin pediatriya fakültəsinin professorudur. O, həmçinin sözügedən universitetin inkişaf məhdudiyyətləri məsələləri üzrə direktorudur. Xəbəri ABŞ-ın Azərbaycandakı Səfirliyi yayıb.