Accessibility links

ABŞ səfirinin Müstəqillik Günü təbriki - Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq


ABŞ-ın Müstəqillik Günü
ABŞ-ın Müstəqillik Günü

Bu gün, 4 iyul ABŞ-ın Müstəqillik Günüdür.

Adətən ABŞ-ın Azərbaycandakı Səfirliyi 4 iyul Müstəqillik Gününü qeyd etmək üçün ziyafət təşkil edirdi.

Səfirliyin məlumatında deyilir ki, ötən il Səfirliyin bağında yer alan möhtəşəm tədbidə çoxsaylı Azərbaycanlı dostları salamlamlaıblar.

“Daha çox insan bizə Facebook vasitəsilə canlı yayımda qatılmışdı. COVİD-19 pandemiyası səbəbindən biz bu il sizinlə toplaşaraq bir araya gələ bilməyəcəyik. Lakin üzləşdiyimiz mövcud vəziyyət bizim, Amerikanın müstəqilliyinin 244-cü ildönümünü virtual qeyd edə bilməyəcəyimiz demək deyil,” məlumatda deyilir.

Səfir Li Litzenbergerin 4 İyul bayramına dair video müraciətini sizə təqdim edirik.

“1776-cı ildə Müstəqillik Bəyannaməmizi imzalamaqla qurucu atalarımız həyatlarını təhlükə altına atmış və ədalətsizliyə qarşı ayağa qalxmışdılar. Onlar ümid edirdilər ki, atdıqları cəsur addım nəticəsində bütün insanlar bir gün daha yaxşı yaşayacaqlar. Bu gün yaşadığımız dünyada hər kəsin azadlıq, xoşəbxtlik və yaşamaq hüququ onların elan etdikləri həmin mahiyyəti daşıyır. ABŞ dövləti çətin və uzunmüddətli mübarizədən sonra yaradılmışdı. Yeni yaradılmış dövlətin konstitusiyası təsdiq olunmuşdu.

O `Biz Amerika xalqı daha mükəmməl birlik yaratmaq üçün...` sözləri ilə başlayır. Bizim böyük dövlətimizi məhz xalqımız və vətəndaşlarımızın özü yaratmışdı. Onlar universal insan hüquqlarına və azadlıqlarına hökumət tərəfindən hörmətlə yanaşılmasını təmin edirlər. Onlar bilirlər ki, daha mükəmməl birliyin yaradılması və qorunması üçün vaxt və səy tələb olunur. ABŞ konstitusiyasının daxilində əks olunmauş `Hüquqlar Haqqında Qanun` imkan verir ki – bu gün vacibliyi barəsində danışdığımız hər bir kəsin malik olduğu sözügedən hüquqlara hökumət tərəfindən hörmət olunsun və əsas azadlıqların qorunmasını təmin etsin.

Bizim azərbaycanlı dostlarımızı da dövlətləri daxilində bu öhdəliyə qatılmalarına ümid edirəm. Birləşmiş Ştatlarla Azərbyacan arasında vacib tərəfdaşlıq əlaqələri mövcuddur. Biz Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq.
Li Litzenberger, ABŞ-ın Azərbaycandakı səfiri

Sözügedən birliyin daha mükəmməl edilməsinə dair iş hətta 244 il keçdikdən sonra da davam edir. Bizim 1776-cı ili Birləşmiş Ştatların müstəqilliyinin bəyan olunması tarixi kimi qeyd etməyimizə, `Hüquqlar Haqqında Qanunu` və Konstitusiyamızı təsdiq etməyimizə baxmayaraq, cəmiyyətimiz və hökumətimiz illər boyu vətəndaşların bərabər hüquqlarını təmin edə bilməmişdir. Bu bərabərsizliyə quldarlıq, qadınların səsvermə hüququndan məhrum olunmaları da daxil olmaqla böyük və kiçik dəhşətli ədalətsizliklər daxildir.

Corc Floydun polislər tərəfindən həbsi zamanı baş vermiş ölüm hadisəsi bizə nümayiş etdirdi ki, hətta indiki zamanda da müəyyən vətəndaşlar ABŞ Konstitusiyasının əhatə etdiyi hüquqları əldə etmək üçün mübarizə aparırlar. Biz uğura imza atmışıq, lakin qarşımızda kifayət qədər görüləcək işin olduğunu da dərk edirik. Ümid edirəm ki, 4 iyul tarixində bu işin irəliləməsi üçün üzərimizə götürdüyümüz öhdəliyə sadiq olmağımızı yenidən bəyan edəcəyik.

Bizim azərbaycanlı dostlarımızı da dövlətləri daxilində bu öhdəliyə qatılmalarına ümid edirəm. Birləşmiş Ştatlarla Azərbyacan arasında vacib tərəfdaşlıq əlaqələri mövcuddur. Biz Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq.

4 iyul münasibəti ilə Sizi təbrik edirəm,” ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger qeyd edib.

XS
SM
MD
LG