Accessibility links

ABŞ prokurorları universitet fırıldaqçılığında onlarla şəxsi ittiham edib


ABŞ prokurorları universitet fırıldaqçılığında onlarla şəxsi ittiham edib
please wait

No media source currently available

0:00 0:02:46 0:00

ABŞ-ın federal prokurorluğu zəngin amerikalıların uşaqlarının Yale, Stanford və Georgetown kimi univesitetlər də daxil olmaqla, prestijli universitetlərə daxil ola bilmələri üçün 25 milyon dollarlıq cinayətkar sxemlə əlaqədar onlarla şəxsə qarşı ittiham irəli sürüb.

Boston şəhərinin federal prokurorluğu 58 yaşlı Uilyam Sinqeri sahib olduğu şirkəti vasitəsilə Hollivud aktrisaları və böyük şirkət rəhbərləri də daxil olmaqla, bir çox zəngin müştəriyə xidmət göstərərək fırıldaqçılıqda ittiham edib.

Fırıldaq işində əsas şübhəli Uilyam Sinqer çərşənbə axşamı Boston Federal Məhkəməsində reket, çirkli pulların yuyulması, Birləşmiş Ştatlar hökumətini aldatmaq və ədalətin qarşısını almaqda əlbir olmaqda günahını etiraf edib.

Sinqer federal müstəntiqlərin ABŞ tarixində ölkənin universitetlərinə qəbulda ən geniş fırıldaqçılıq adlandırdıqları əməliyyatın əsas fiqurudur.

"Biz ölkə üzrə 50 nəfərə qarşı birincisi, universitetlərə qəbul olmaq üçün SAT və ACT testlərinin saxtalaşdırılması və ikincisi, tələbələrin saxta nəticələrlə elit universitetlərə qəbul edilməsi üçün təlimatçılara rüşvət verilməsi ittihamları irəli sürmüşük", Birləşmiş Ştatların prokuroru Endrü Lellinq deyib.

ABŞ prokuroru Endrü Lellinq Konnektikut ştatındakı Yale və Vaşinqton mahalındakı Georgetown kimi elitar universitetlərdə doqquz məşqçiyə qarşı tələbələrə rüşvət müqabilində atletik nailiyyətlərin göstərildiyi sənədlər hazırlmaq ittihamı irəli sürüldüyünü deyib. 33 valideyn rüşvət və saxta akademik və atletik etimadnamələr əsasında övladlarının nüfuzlu universitetlərə qəbul edilməsini təmin etmək üçün külli miqdarda pul verməkdə ittiham edilib. Onların arasında məşhur Hollivud aktrisaları Felisiti Hoffman və Lori Laflinin də adları var.

"Bu valideynlər sərvət və imtiyazlar kataloqudur. Bunlara məsələn, şəxsi və ictimai şirkətlərin icraçı direktorları, müvəffəqiyyətli qiymətli kağızlar və daşınmaz əmlak investorları, iki tanınmış aktrisa, məşhur moda dizayneri və qlobal hüquq firmasının həmsədri daxildir. Bu gün açıqlanan ittihamlara əsasən, onların hamısı bilə-bilə Singer və digərləri ilə uşaqlarının SAT və ya ACT imtahanlarında köçürmək və ya uşaqlarını prestijli universitetlərə qəbul etmək üçün firildaqçılığa yol atıb", Birləşmiş Ştatlar prokuroru Endrü Lellinq deyib.

Müştərilər övladlarının prestijli universitetlərə qəbulu üçün Sinqerə $100 mindən $6,5 milyona qədər pul verib. Sinqer 2011-2018-ci illər arasında ümumilikdə $25 milyon dollar pul alıb. Federal Təhqiqat Bürosunun (FBI) xüsusi agenti Co Bonavolonta bu cinayətkar sxemin aşkar edilməsi əməliyyatına başçılıq edib.

"İstintaqımız ötən ilin may ayında bununla əlaqədar olmayan əməliyyat zamanı genişmiqyaslı fırıldaqçılıq halını aşkar etdikdən sonra başlayıb", xüsusi agent Co Bonavolonta deyib.

Hüquq-mühafizə və bələdiyyə orqanlarının nümayəndələri bildiriblər ki, zənginlər üçün universitetə fərqli qəbul qaydaları və ya ayrı cinayət mühakiməsi olmamalıdır.

XS
SM
MD
LG