Accessibility links

ABŞ ordusunun Yəməndə İran liderini öldürməyə çalışdığı deyilir


İranın Qüds Qüvvələrinin komandiri Qasım Süleymanini öldürən hava hücumunun Tehranın elitar hərbi qüvvəsini çökdürməyi nəzərdə tutan daha böyük hərbi kampaniyanın bir hissəsi olmaq ehtimalı var.

ABŞ rəsmiləri cümə günü təsdiq edib ki, Süleymani öldürülən gün ikinci hava hücumu Qüds Qüvvələrinin Yəməndəki komandirini öldürməyi hədəfləmişdi.

Anonim qalmaq şərti ilə danışan rəsmilər deyib ki, Əbdül Rza Şəhalini hədəf alan hava hücumu uğurla baş çatmayıb. Lakin onlar bu məxfi missiya ilə bağlı əlavə məlumat paylaşmağı rədd edib.

Pentaqon da qeyri-müvəffəq hava hücumunu müzakirə etməyi rədd edib. Bu barədə məlumatı ilk The Washington Post qəzeti yayıb.

"Müdafiə Nazirliyi regionda iddia edilən əməliyyatı müzakirə etmir”, Pentaqonun sözçüsü Hərbi Donanma komandiri Rebekka Rebariç bəyanatda bildirib. Bəyanatda Yəmənin uzun zamandır terrorçular və Birləşmiş Ştatların başqa düşmənləri üçün "təhükəsiz yer” olduğu qeyd edilib.

Hazırda Sənada qərargahlanan Şəhlai uzun illər ABŞ qüvvələrini hədəf alıb.

ABŞ rəsmiləri deyib ki, Şəhlai 2007-ci ilin yanvar ayında Kərbəlada beş ABŞ əsgərinin ölümü, üçünün yaralanması ilə nəticələnən hücumun təşkilatçısı olub.

ABŞ həmçinin bildirib ki, o, 2011-ci ildə Səudiyyə Ərəbistanının Birləşmiş Ştatlardakı səfirinin Vaşinqtonda bir kafedə öldürülməsinə göstəriş vermişdi və bunun üçün 5 milyon dollar ödəmişdi.

ABŞ-ın Maliyyə Nazirliyi Şəhlaini 2008 və 2011-ci illərdə Xüsusi Təyinatlı Qlobal Terrorçu adlandırmışdı.

ABŞ prezidenti Donald Tramp cümə günü yanvarın 3-də Süleymaniyə qarşı aparılan hava hücumlarını müdafiə edib və Fox News kanalına deyib ki, Süleymani ABŞ hədəflərinə qarşı qaçılmaz hücumlar planlaşdırırdı.

"Biz sizə deyə bilərik ki, yəqin ki, Bağdaddakı səfirlik hədəfdə idi”, o xəbər kanallarına bildirib və əlavə edib ki, Süleymani digər diplomatik postları da hədəfləyirdi.

“Məncə dörd səfirlik var idi”, Tramp deyib.

Süleymani İraqda İranın dəstəklədiyi yarı-hərbi dəstələrin liderləri ilə görüşmək üçün Dəməşqdən Bağdada gələndən qısa müddət sonra öldürülüb.

Tramp administrasiyasının rəsmiləri Süleymanini İraq və Livanda iğtişaşları qızışdırmaqda və Amerika silahlı qüvvələrini, o cümlədən ötən dekabr ayında İraqda Kərkük bazasında amerikalı podratçını öldürməkdə günahlandırıb.

XS
SM
MD
LG