ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun cümə axşamı bildirdiyinə görə, mümkündür ki, İranın təhlükəsizlik qüvvələri noyabr ayında benzin qiymətinin artması səbəbilə başlayan etirazlar zamanı mindən çox insanı öldürüb.
"İrandan həqiqətlər sızdırılır və belə görünür ki, rejim etirazlar başlayandan bəri mindən çox etirazçını öldürüb”, Huk Dövlət Departamentində keçirilən brifinq zamanı müxbirlərə bildirib.
O əlavə edib ki, “minlərlə iranlı” yaralanıb və azı 7 min insan həbs olunub.
Hökümətin benzin qiymətini qəflətən 300 faiz artırmaq qərarının ardınca noyabrın 15-də başlayan iğtişaş 100-dən şəhərə yayılıb və daha sonra siyasi etirazlara çevrilib. Belə ki, gənclər və işçi sinfinə aid insanlar ruhanilərin istefasına çağırıb.
Tehran tələfatların sayı ilə bağlı rəsmi açıqlama verməyib, amma Amnesty İnternational bazar ertəsi azı 208 etirazçının öldüyünü təsdiq etdiyini bildirib. Bu isə o deməkdir ki, bu iğtişaş 1979-cu ilin İslam İnqilabından bəri ölkədə baş verən ən qanlı qarşıdurmadır.
Tehranın dindar liderləri iğtişaşa görə xaricdə yaşayan əleyhdarları ilə əlaqələri olarn "quldarları” və ölkənin əsas düşməni hesab etdikləri Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanını günahlandırıb.