Accessibility links

ABŞ-da koronavirusa yoluxma halları 2 milyonu keçdi


Amerika Birləşmiş Ştatları rəsmi olaraq ölkədə yeni koronavirusa yoluxma hallarının 2 milyonu keçdiyini bildirib.

Cümə axşamı Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin veb saytında açıqlanan məlumata görə, ABŞ-da hazırda COVID-19-a 2 milyon 464 min təsdiqlənmiş yoluxma, 112 924 ölüm halı qeydə alınıb. Bu, ölkənin yoluxma və ölüm hallarının ümumi sayına görə dünyada lider mövqeyini qoruyur.

Bu həftə COVID-19-a yoluxma halları ən çox 21 ştatda qeydə alınıb. Onların əksəriyyəti qərb və cənub-qərb Arizona, Nyu-Meksiko, Texas və Yuta ştatlarındadır. Yoluxma halları son həftələr ənənəvi yay tətil mövsümünün başlandığını illik Xatirə Günü tətili də daxil olmaqla, koronavirus məhdudiyyətlərinin zəiflədiyi vaxt artıb.

Kaliforniyanın yerli səhiyyə rəsmiləri infeksiyanın artımasına görə oktyabr ayında keçirilməsi planlaşdırılan musiqi və incəsənət `Coachella` və `Stagecoach` populyar illik festivalları ləğv etməyə çağırıb. Açıq havada keçirilən hər iki festival aprel ayında keçirilməli idi, lakin koronavirus yayılmağa başladığı üçün təxirə salınmışdı.

Mütəxəssislər Minneapolisdə polis nəzarətindəki afro-amerikalının ölümünə etiraz oalaraq davan edən ümummilli nümayişlərin koronavirusun daha da artmasına səbəb olacağından narahatdır. Video-görüntülərdə etirazçıların çoxunun maska taxmasına baxmayaraq, çiyin-çiyinə addımladıqları nümayiş etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatı Latın Amerikasının dünyanın koronavirus pandemiyasının yayıldığı yeni bir qaynar nöqtəsi olduğunu müəyyən edib. Son məlumatlara görə, bölgədə xəstələnənlərin sayı 1 milyondan çox, ölənlərin sayı isə 70 mindən çoxdur.

XS
SM
MD
LG