Accessibility links

ABŞ kongresmenləri Sankt Peterburqda Rusiya rəsmiləri ilə görüşür


Respublikaçı senator Riçard Şelbi
Respublikaçı senator Riçard Şelbi

ABŞ Konqresinin nümayəndə heyəti ilə Rusiya rəsmiləri iki dövlət başçısı arasında zirvə görüşünə hazırlıqlar məqsədilə Sankt Petersburqda görüşlər keçirir.

ABŞ və Rusiya arasında əlaqələr Rusiyanın Birləşmiş Ştatlarda 2016-cı il seçkilərinə müdaxiləsi və Suriya və Ukrayna münaqişələri və digər mövzularla əlaqədar fikir ayrılıqlarına görə son onillikdə ən aşağı səviyyəyə çatıb.

Biz gələcəyə nikbinliklə baxırıq və bütün sahələrdə əməkdaşlığa hazırıq.
Sankt-Peterbuqrun qubernatoru Georgi Poltavçenko

Sankt-Peterburqun qubernatoru Georqi Poltavçenko bazar ertəsi günü ABŞ konqresmenlərinə iki ölkə arasında əlaqələrin yaxşılaşmasına ümid etdiyini deyib. "Biz gələcəyə nikbinliklə baxırıq və bütün sahələrdə əməkdaşlığa hazırıq", o bildirib.

Qubernatorun ofisinin açıqladığı bəyanatda bildirildiyinə görə, nümayəndə heyətininin başçısı, Alabama ştatından respublikaçı senator Riçard Şelbi də həmçinin dialoqa çağırıb.

Putinin sözçüsü Dmitri Peskov konqresmenlərin daha sonra Rusiya prezidenti Vladimir Putinlə görüşüb-görüşməyəcəkləri haqda məlumat verməyib.

XS
SM
MD
LG