ABŞ Suriyada İranın dəstəklədiyi iki silahlı qruplaşma və Suriyaya silah daşınmasına yardım edən iki hava yolları şirkətinə sanksiyalar tətbiq edib.
Amerikanın maliyyə naziri Stiven Mnuçin deyib ki, İraqın qəddar rejimi qaçqınları istimar edir, təhsil kimi adi xirmətlərdən məhrum etməklə yanaşı, onlardan Suriya münaqişəsində canlı qalxan kimi istifadə edir.
İki silahlı qruplaşma, İranın Qeshm Fairs Air və Ermənistanın Travel LLC hava yolları şirkətləri İranın Mahan Air və elitar Qüds korpusu ilə əlaqədədir. Bunlara qarşı daha əvvəl də sanksiyalar tətbiq edilmişdi.
Fatimuyun və Zeynəbiyun qruplaşmalarına sanksiyalar onların Qüds korpusuna maliyyə dəstəyinə görə tətbiq edilib.